Menu
Səbətiniz

"CHAMELEON" tövsiyə edir

100% pambıqdan hazırlanan dəsmallar özünü uzunmüddətli, allergen olmayan və dərini qıcıqlandırmayan məhsul olaraq təsdiqləyib. İstehsal zəncirində pambığın keyfiyyətli hazırlanması çox vacibdir şərtdir, buna görə təchizatçını seçərkən bu məsələyə çox diqqətlə yanaşırıq. Bizim dəsmallarımızın material üstünlükləri aşağıdakılardır: - Yüksək hopduruculuq: xüsusi toxuma texnologiyası sayəsində pambıq nəmi tez udur və kifayət qədər tez quruyur; - Materialın yumşaqlığı: nazik düyünlər əmələ gətirən toxuma texnologiyası məhsula inanılmaz yumşaqlıq verir.

Dəsmalların sıxlığı

Dəsmalın sıxlığı tükcüklərin sayına görə müəyyən edilir; dəsmalın nə qədər çox tükcüyü varsa, hopdurma qabiliyyəti yüksək olur. Bütün məhsullarımızın üçün optimal sıxlıq seçilir. Bu göstərici məhsulun təsvirində qeyd olunur və 400 - 600 qr / kv.m intervalında dəyişir.
- 400 qr / kv.m -dən aşağı. – nəm udmaq qabiliyyəti aşağı olur,
- 600 qr / kv.m -dən yuxarı. – dəsmal ağır, gec quruyur. Buna görə də optimal sıxlıq 400-600 qr / kv.m -dir.

Ekoloji cəhətdən təmiz məhsul

Məhsullarımız hər hansı kimyəvi və ya zərərli maddələrdən istifadə edilmədən, 100% təbii pambıqdan hazırlanır, bu da dərinizin və avadanlıqlarınızın təhlükəsizliyini təmin edir.

Yuma prosesinə dair tövsiyələrimiz

İstehsal zamanı yaranan artıq tükcüklərin məhsulun üstündə qalmaması üçün dəsmalları istifadə etməzdən əvvəl yumağınız məsləhət görülür. Yuma zamanı aşağıdakı qaydalara riayət etməlisiniz:
- Dəsmalları 40 dərəcəyə yaxın temperaturda yumağınız məqsədəuyğundur, tövsiyyə olunan temperatur 50°-60° C-dir.
- Dəsmalları yuyarkən yumşaldıcı yuyucu vasitələrdən istifadə etməkdən çəkinin, çünki onlar dəsmalınızın davamlılığını və həcmini azaldır.
- Yuyulma və qurutma mərhələlərində ağardıcı vasitələrdən istifadə etməyin.
Yuma prosesindən sonrakı qurutma prosesinə keçərkən aşağıdakı sadə qaydalara riayət etmək lazımdır:
- Dəsmalları qurutmadan əvvəl səthindəki tükcüklərin pür olduğundan əmin olmaq üçün yüngülcə çırpın.
- Dəsmalları yuyulduqdan dərhal sonra qurudun.
- Dəsmalları birbaşa günəş işığı altında qurutmaq məsləhət görülür.
- Qurutma maşını istifadə edirsinizsə, dəsmalları 95 - 97% quruduqda qurutma maşınından çıxarın.

Ütüləmə prosesinə dair tövsiyəmiz

Dəsmalların yumşaqlığını və yüngüllüyünü qoruyub saxlamaq üçün onları ütüləmək tövsiyə etmirik.