“CHAMELEON” olaraq şəxsi məlumatlarınızın
necə istifadə olunduğu və paylaşıldığına əhəmiyyət verdiyinizi bilir və sizin məxfiliyinizə
ciddi yanaşırıq.
"CHAMELEON",
"chameleon.ws" veb-saytını ("veb-səhifə")
idarə edir. Bu “Məxfilik Siyasəti” veb-səhifəmiz vasitəsilə bizə təqdim
etdiyiniz hər hansı bir şəxsi məlumatın toplanması, istifadəsi və üçüncü şəxslərlə
bölüşülməsi ilə bağlı metodlar barədə sizə məlumat vermək üçün nəzərdə
tutulmuşdur. "Şəxsi Məlumat" – sizin adınız, yaşayış və elektron poçt
ünvanınız, telefon nömrəniz, eləcə də yuxarıda göstərilənlərlə əlaqəli digər
qeyri-ictimai məlumatlarınız ola bilər. “Anonim məlumat” – sizin şəxsi məlumatlarınızla
əlaqəli olmayan məlumatlardır; “Anonim məlumat” şəxsin kimliyini müəyyənləşdirməyə
imkan vermir.
Məhsullarımız rəsmi
olaraq patentləşdirilmiş "CHAMELEON" brendinin adı altında
bazara təqdim edilir. Bu brend özünün Azərbaycanda yeganə distribyutoru olan "CREO"
MMC şirkətinə məxsusdur.
İSTİFADƏÇİ
RAZILIĞI
Veb-səhifəmizə
daxil olaraq və ya başqa şəkildə ondan istifadə edərək, bu “Məxfilik Siyasəti”-nin
şərtlərinə razılıq vermiş və şəxsi məlumatlarınızın bu “Məxfilik Siyasəti”-nə
uyğun istifadəsinə birbaşa razılıq vermiş hesab olunursunuz. Şəxsi məlumatlarınız
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq "CHAMELEON"
tərəfindən emal edilə bilər.
ŞƏXSİ MƏLUMATLARIN
TOPLANMASI
Veb-səhifəmiz
vasitəsi ilə bizə könüllü olaraq təqdim etdiyiniz şəxsi məlumatları toplayırıq.
Toplaya
biləcəyimiz şəxsi məlumat növləri bunlardır:
• Adlar
• Elektron poçt
ünvanı
• Ünvanlar
• Telefon nömrələri
• Sifariş məlumatları
(kredit kartı məlumatları xaric olmaqla*)
• Alış-veriş tarixçəsi
•
"Cookie" parametrləri ("məni yadda saxla")
• "IP-ünvanı"
Bütün
istifadəçilərin nəzərinə: Veb-səhifəmizdə olarkən, internet protokolu
ünvanları, “cookie” və digər naviqasiya məlumatları da daxil olmaqla müəyyən məlumatlar
passiv şəkildə toplanacaqdır. Bu tip məlumatlar veb-səhifəmizi yaxşılaşdırmaq
üçün məlumat toplamaq, eləcə də veb-səhifə ilə qarşılıqlı əlaqənizin keyfiyyətini
artırmaq üçün istifadə ediləcəkdir.
"İnternet
Protokolu Ünvanı" və ya "IP-ünvan" internetdən istifadə edərkən
avtomatik olaraq kompüterinizə təyin olunan bir nömrədir. Bəzi hallarda,
"IP-ünvan"-ınız bir brauzer sessiyasından digər brauzer sessiyasına qədər
dəyişməz qalır. Lakin siz “internet-provayder” xidmətindən istifadə edirsinizsə,
"IP-ünvan"-ınız, yəqin ki, hər sessiyadan sonra dəyişir. Veb-səhifəmizin
axınını təhlil etmək üçün "IP-ünvan"-ı yalnız sessiya “cookie”-ləri
ilə birlikdə izləyirik. Məsələn, serverimizdəki problemlərin diaqnozu və səhifəmizin
daha yaxşı idarəolunmasını təmin etmək üçün "IP-ünvan"-ınızdan
istifadə edirik. Bundan əlavə, "IP-ünvan"-ınız geniş demoqrafik məlumatların
toplanması üçün istifadə edilə bilər (məsələn, Bakı şəhərindən olan istifadəçilərin
sayı).
“Cookie”-lər veb-səhifəmizdə
olarkan veb-səhifənin kompüterinizin “hard disk” yaddaşına göndərdiyi kiçik məlumat
hissələridir. “CHAMELEON” sizin veb-səhifədən daha fərdi və interaktiv
istifadənizi təmin etmək üçün həm sessiya “cookie”-lərini (istifadə müddəti
veb-brauzerinizi bağladıqdan sonra bitən), həm də daimi “cookie”-ləri (silmədiyiniz
təqdirdə kompüterinizdə qalan) istifadə edə bilər. Daimi “cookie”-lər
veb-brauzerin yardım bölməsindəki təlimatları izləyərək silə bilərsiniz. Biz giriş
prosesini asanlaşdırmaq üçün “cookie”-lərdəm istifadə edirik (məsələn,
“CHAMELEON”-un veb-səhifəsində "Yadda saxla" düyməsini seçsəniz, növbəti
dəfə səhifəyə daxil olarkən e-poçt ünvanı və şifrəni daxil etmək lazım
olmayacaq). Veb-səhifəmizdə təklif olunan “CHAMELEON” xidmətlərindən
istifadə etmək üçün veb-brauzeriniz “cookie”-ləri qəbul etməlidir. Əgər “cookie”-ləri
qəbul etməməyi seçsəniz, səhifənin bəzi bölmələri düzgün işləməyə və “CHAMELEON”
xidmətlərindən istifadəniz mümkünsüz ola bilər.
ŞƏXSİ
MƏLUMATLARDAN İSTİFADƏ
Ümumiyyətlə, bizə
təqdim etdiyiniz şəxsi məlumatlar sorğularınıza cavab vermək və ya sizə “CHAMELEON”
xidmətləri göstərmək üçün istifadə olunur. Topladığımız şəxsi məlumatları əlavə
ictimai məlumat və ya digər üçüncü mənbələrin məlumatları ilə birləşdirə bilərik.
Biz “Şəxsi Məlumat”-lardan “Anonim Məlumatlar”-ın (sizin üçün şəxsən müəyyənləşdirən
məlumatlar (Məsələn, adınız) istisna olmaqla) qeydlərini yarada bilərik.
İstifadə qaydalarını təhlil etmək və statistik məqsədlər üçün bu anonim məlumatlardan
istifadə edə bilərik. “CHAMELEON”, öz istəyi ilə anonim məlumatı istifadə
etmək və üçüncü şəxslərə açıqlamaq hüququnu özündə qoruyub saxlayır.
ŞƏXSİ MƏLUMATLARIN
AÇIQLANMASI
“Şəxsi
məlumatlar”-ınızın bir hissəsini və ya hamısını Tərəfdaşlarımıza (yəni baş ofis,
onun nəzdində olan şirkətlər, ortaq müəssisələr və ya ümumi nəzarət altında
olan digər şirkətlər) ötürə bilərik, bu halda biz öz tərəfdaşlarımızdan bu “Məxfilik
Siyasəti”-nə riayət etməklərini tələb edəcəyik. Şirkətimiz və ya hissələrimiz
başqa bir şirkət tərəfindən əldə edilərsə, həmin şirkət topladığımız “Şəxsi Məlumatlar”-a
sahib olacaq və bu şirkət hazırki “Məxfilik Siyasəti”-nə uyğun olaraq “Şəxsi Məlumatlar”-la
bağlı hüquq və öhdəlikləri öz üzərinə götürəcəkdir.
Biz
təqdim etdiyimiz xidmətlərin bir və ya bir neçə aspektini asanlaşdırmaq və ya
ötürmək üçün üçüncü şəxslərdən istifadə edə bilərik və bu səbəbdən də bəzi şəxsi
məlumatları birbaşa bu xidmət təminatçıları ilə paylaşa bilərik. Bu xidmət təminatçıları
bizimlə məxfilik haqda sazişlər bağlayır, hansı ki, tələb olunan xidmətin göstərilməsi
xaricində istifadə etdiyimiz məlumatlarınızın istifadəsini və açıqlanmasını
qadağan edir.
Biz
digər sayılıb-seçilən və nüfuzlu reputasiyaya sahib olan şirkətlərə adınızı və
poçt ünvanınızı (kredit kartı məlumatı bura daxil deyil) açıqlaya bilərik ki, onlar
sizi maraqlandıra biləcək məlumatları sizə göndərə bilsinlər. Bu hallarda
bölüşdüyümüz məlumatlar həmin şirkətlərə e-poçt və ya SMS vasitəsilə sizinlə şəxsi əlaqə qurmaq səlahiyyəti vermir.
Biz,
verəcəyimiz açıqlanmanın Azərbaycan Respublikasının mövcud qayda və qanunlara
riayət etmək və ya “CHAMELEON”-a təqdim edilmiş müraciət və ya əmrlərə
cavab vermək üçün zəruri olduğuna əmin olsaq, sizin şəxsi məlumatlarınızı
açıqlamaq səlahiyyətinə sahibik.
SİZİN ÖZ ŞƏXSİ
MƏLUMATLARINIZLA BAĞLI SEÇİMİNİZ
Biz
sizə şəxsi məlumatlarınızın toplanması, istifadəsi və paylaşılması ilə bağlı
seçimlər təklif edirik. Bizdən xəbər bülletenləri və ya reklam mesajları
aldığınız zaman, bizdən bu tip əlavə məlumatlar almağı dayandırmaq istədiyinizi
bildirə bilərsiniz və bu məlumatlardan imtina etmək hüququnuz olacaq. "CHAMELEON"-dan qəbul
etdiyiniz istənilən e-poçtun altındakı "Abunəliyin ləğvi"
bağlantısına daxil olaraq abunəliyinizi dayandıra bilərsiniz. Əgər bu xəbərlərə
abunəliyi ləğv etsəniz, elektron poçt ünvanınız “xəbər bülleteninə abunə
olanlar” siyahısından silinəcəkdir.
Biz
sizə məhsullarımız haqqında inzibati mesajlar və ya “Məxfilik Siyasəti”-mizə
edilən hər hansı dəyişikliklər barədə bildirişlər göndərə bilərik.
UŞAQLAR HAQQINDA
Veb-səhifəmiz 13
yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmayıb. Biz bilərəkdən bu yaş qrupundakı istifadəçilər
haqqında şəxsi məlumat toplamırıq.
DİGƏR VEB-SƏHİFƏLƏRƏ
YÖNLƏNƏN LİNKLƏR
Bizim, sizin
rahatlığınız üçün, hər hansı digər məkan və ya veb-səhifəyə link təqdim etməyimiz
o demək deyil ki, bu məkan və ya veb-səhifəni və ya onun məzmununu dəstəkləyirik.
Biz üçüncü tərəflərin veb-səhifələrinə və onların məzmununa nəzarət etmirik və onlara
cavabdeh deyilik. Nəzərə alın ki, “Məxfilik Siyasəti”-mizin
şərtləri üçüncü tərəflərin veb-səhifələrinə şamil edilmir.
TƏHLÜKƏSİZLİK
Biz şəxsi məlumatlarınızı
icazəsiz giriş, istifadə və ya aşkara çıxarılmağının qarşısını almaq üçün bir
sıra standart təhlükəsizlik texnologiyaları və prosedurlarından istifadə
edirik. Lakin “CHAMELEON” da daxil
olmaqla heç bir şirkət şəxsi məlumatla əlaqəli təhlükəsizlik risklərini tamamilə
aradan qaldıra bilməz.
ŞƏXSİ MƏLUMATIN
NƏZƏRDƏN KEÇİRİLMƏSİ VƏ YENİDƏN BAXILMASI
Veb-səhifəmiz öz istifadəçilərinə,
onlara məlumat göndərdiyimiz anda, bizdən məktub almaqdan imtina etmək imkanı
verir. Səhifəmiz sizə bizdən bir daha məktub almamağınız və ya xidmətlərimizi qəbul
etməməyiniz üçün məlumatlarınızı verilənlər bazamızdan silmək imkanı verir.
Qeydiyyatdan keçmiş istifadəçilər daha əvvəl daxil olunmuş məlumatları dəyişdirmək
üçün “Mənim Hesabım” səhifəsinə daxil ola və “CHAMELEON”-dan gələn e-poçt bildirişləri üçün əlaqə məlumatlarını
dəyişə bilərlər.
BİZİMLƏ ƏLAQƏ
Bu “Məxfilik Siyasəti”
ilə bağlı hər hansı bir sualınız və ya şübhəniz
varsa, “ƏLAQƏ” bölməsində göstərilən əlaqə məlumatlarını istifadə edərək bizimlə
əlaqə saxlaya bilərsiniz.
MƏXFİLİK
SİYASƏTİNİN YENİLƏNMƏSİ
Bu “Məxfilik Siyasəti”
vaxtaşırı nəzərdən keçirilə bilər. Şəxsi məlumatlarınızı necə istifadə
etdiyimizə dair hər hansı bir dəyişiklik edilərsə, bu haqda veb-səhifəmizdə xəbərdarlıq
yerləşdirəcəyik. Bu dəyişikliklərlə razı olmadığınız təqdirdə, veb-səhifəmizdən
istifadəni dayandırmalısınız. Bu dəyişikliklər barədə bildiriş aldıqdan sonra veb-səhifəmizdən
istifadəyə davam etməyiniz, bu dəyişiklikləri və dəyişikliklərin şərtlərini qəbul
etdiyinizi göstərəcək.