1. GİRİŞ
"CHAMELEON"
brendinin rəsmi veb-səhifəsinə xoş gəlmişsiniz. Göstərilən “Qayda və Şərtlər” həm sizin, həm də bizim üçün çox vacibdir,
çünki onlar dəyərli müştərimiz olaraq sizin və kommersiya şirkəti olaraq bizim
hüquqlarımızı qoruyaraq aramızda icbari-hüquqi müqavilə yaradır.
Xahiş edirik veb-səhifədən istifadə
etmədən öncə bu “Qayda və Şərtlər” ilə diqqətlə tanış olun. Onlar texniki və
hüquqi müstəvidə nəzərdə tutulsalar da, mühüm əhəmiyyət kəsb edirlər. Bu veb-səhifədən
istifadə etməklə siz, göstərilən “Qayda və Şərtlər”-i, bizim “Məxfilik
Siyasəti”-ni və onlara riayət edəcəyinizi qəbul edirsiniz. Xahiş edirik
göstərilən “Qayda və Şərtlər” və “Məxfilik Siyasəti” ilə razı olmadığınız
təqdirdə veb-səhifəmizdən istifadə etməyəsiniz.
Əgər sizin “Qayda və Şərtlər” və ya “Məxfilik
Siyasəti” ilə bağlı hər hansı bir sualınız yaranarsa "ƏLAQƏLƏR"
bölməsində göstərilən məlumatları istifadə etməklə bizimlə əlaqə saxlaya
bilərsiniz.
2. SƏHİFƏMİZDƏN İSTİFADƏ QAYDALARI
Veb-səhifəmizdən istifadə etməklə aşağıdakı
şərtlərlə razılaşırsınız:
1. Veb-səhifəni
yalnız qanuni sorğu və ya sifariş üçün istifadə edə bilərsiniz.
2. Veb-səhifədə
sifariş yerləşdirməklə, ən azı 18 yaşınız və qanuni müqavilələr bağlamaq ixtiyarına
sahib olduğunuzu bildirir və zəmanət verirsiniz.
3. Siz bizə
düzgün və dəqiq elektron poçt və digər əlaqə məlumatları verməyə razılıq
verirsiniz və zəruri olduqda bu məlumatları sizinlə əlaqə saxlamaq üçün
istifadə edə biləcəyimizi təsdiqləyirsiniz (sizin şəxsi məlumatlarınızı necə
istifadə etdiyimiz barədə daha ətraflı məlumat almaq üçün “Məxfilik Siyasəti”
bölməsinə nəzər salın).
4. Bizim
üçün zəruri olan bütün məlumatları təqdim etmədiyiniz təqdirdə, sifarişinizi
yerinə yetirə bilməyəcəyik.
5. Heç bir
spekulyativ, yalan və ya saxta sifariş verməyəcəyinizi qəbul edirsiniz. Belə
bir sifarişin veb-səhifəmizdə yerləşdirildiyinə dair əsaslı sübutlarımız olarsa,
sifarişi ləğv etmək və bu barədə müvafiq mühafizə orqanlarına məlumat vermək
hüququmuz var.
6. Veb-səhifəmizin
şəbəkəsinin işinə, onunla əlaqəli şəbəkə təhlükəsizliyinə, həmçinin səhifənin
xidmətlərindən digər komputer sisteminə icazəsiz giriş etmək üçün istifadə
etməyə cəhd göstərməyəcəyinizi təsdiq edirsiniz.
7. Veb-səhifədən
başqa bir şəxsin və ya təşkilatın intellektual mülkiyyət, şəxsi həyatın
toxunulmazlığı və ya aşkarlıq hüquqlarını pozan materialı ötürmək və ya yaymaq
üçün istifadə etməyəcəksiniz.
8. Veb-səhifədən mülki və ya cinayət
xarakterli, şəhər və ya dövlət, milli və ya beynəlxalq qanun və qaydaları pozan
hərəkətlər etmək üçün istifadə etməyəcəksiniz.
3. XİDMƏTİN
GÖSTƏRİLDİYİ ƏRAZİ
Veb-səhifədə təklif olunan məhsullar
yalnız Bakı (Azərbaycan) şəhərinin ərazisinə çatdırılmaq üçün mövcuddur. Hal-hazırda digər ərazilərə çatdırılma
həyata keçirilmir.
4. MƏHSULUN SİFARİŞİ
Sifarişinizi qəbul etdiyimiz və sizə
məhsulun yola düşməsi haqda təsdiqlənmə göndərdiyimiz ana qədər veb-səhifədə
təklif olunan məhsulun satın alınması ilə bağlı sizinlə bizim aramızda heç bir
müqavilə olmamalıdır. Məhsulun dəyəri hesabınızdan çıxılmış, lakin sifarişiniz qəbul olunmamışdırsa,
vəsaitiniz tam həcmdə geri qaytarılacaq.
Sifarişi rəsmiləşdirmək üçün onlayn
alış prosedurundan keçməli və sifarişinizi yerləşdirmək üçün "Sifarişi
təsdiq et" düyməsini basmalısınız. Bundan sonra, sifarişinizin tərəfimizdən
qəbul olunduğunu təsdiqləyən məktub alacaqsınız ("Sifarişin təsdiqlənməsi
və çatdırılma").
Veb-səhifəmiz vasitəsilə edilən
bütün sifarişlər üçün alış qəbzi ödəniş üsulundan asılı olmayaraq yalnız
çatdırılma zamanı təqdim olunur.
5. MƏHSULLARIN MÖVCUDLUĞU
Məhsulların sifariş olunması həmin
məhsulun anbarda mövcud olub-olmasından asılıdır. Buna görə də, məhsulun
anbarda bitməsi təqdirində sizə sifariş edə biləcəyiniz eyni və ya daha
keyfiyyətli məhsul təklif etmək hüququmuzu saxlayırıq.
6. SİFARİŞDƏN İMTİNA EDİLMƏSİ
Biz istənilən vaxt istənilən məhsulu
səhifəmizdən çıxarmaq və ya veb-səhifədəki hər hansı bir materialı və ya
məzmunu redaktə etmək hüququmuzu saxlayırıq. Bütün sifarişləri tam emal etmək
üçün əlimizdən gələni etsək də, sifarişin təsdiq olunması haqda məktub aldıqdan
sonra belə istisna hal olaraq sizin sifarişinizi yerinə yetirməkdən imtina
etməli olduğumuz hal yarana bilər.
Veb-səhifədəki məzmunu və hər hansı
bir materialı silmək, redaktə etmək, sifariş təsdiqləməsinin göndərilib-göndərilməməsindən
asılı olmayaraq sifarişin qəbul edilməməsi və ya yerinə yetirilməməsinə görə
siz və ya hər hansı digər üçüncü tərəf qarşısında cavabdeh olmayacağıq.
Sifarişiniz qəbul edilmədikdə və ya digər
müstəsna səbəblərdən ləğv edildikdə, mütləq şəkildə bildiriş məktubu
alacaqsınız.
7. MƏHSULUN GERİ QAYTARILMASI
Veb-səhifədə təqdim olunan məhsullar gigiyena məhsulları bölməsinə aid
olduğu üçün dəyişdirilmir və ya geri qaytarılmır.
8. ÇATDIRILMA
Hər hansı
bir müstəsna hal olmadıqda 8-cı bənddən yuxarıda qeyd olunmuş müddəaları nəzərə
alaraq, biz sifariş və çatdırılma haqqında təsdiq məktubunda qeyd olunan
məhsulları göstərilən tarixdə sizə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Təxmini
çatdırılma tarixi qeyd olunmayıbsa, sifariş təsdiq olunduğu gündən etibarən 24
saat ərzində çatdırılacaqdır.
Məhsul
aşağıda göstərilən səbəblərə görə gecikə bilər:
1. Yanlış
təqdim olunan məlumatlar (şəxsi məlumatlar / çatdırılma ərazisi)
2. Gözlənilməz
hallar
Hər hansı
bir səbəbə görə çatdırılmanı göstərilən tarixdə yerinə yetirə bilmiriksə, bu
haqda mütləq sizə məlumat veriləcək və sizə çatdırılma müddətinin uzadılması və
ya sifarişin ləğv edilməsi təklif ediləcəkdir. Sifarişin ləğv olunduğu təqdirdə
ödənilən məbləğ tam həcmdə geri qaytarılacaqdır. Unutmayın ki, çatdırılma
yalnız iş günlərində həyata keçirilir.
Bu
çatdırılma xidmətini qəbul edərək, çatdırılma heyətimizi və ya nümayəndəmizi
qəbul etdiyinizi təsdiq edirsiniz. Çatdırılma yalnız müştəri razılaşdırılmış
ünvanda kuryer qəbzini imzaladıqdan sonra tam başa çatmış hesab olunur. Bundan
sonra məhsulların mülkiyyət hüququ tam olaraq müştəriyə keçir.
9. MƏHSULLARIN
VEB-SƏHİFƏDƏ QEYDİYYATDAN KEÇMƏDƏN ALIŞI
Veb-səhifəmizdə
məhsulun qeydiyyatdan keçmədən (qonaq qismində) alınması funksiyası mövcuddur.
Bu növ alış zamanı sizdən yalnız sifarişinizi yerinə yetirmək üçün zəruri olan
məlumatlar tələb olunacaq. Alış prosesini başa vurduqdan sonra sizə qeydiyyatdan
keçmək və ya qonaq qismində davam etmək seçimi təklif ediləcəkdir.
10.
QİYMƏT VƏ ÖDƏNİŞ
Satış
endirimləri və ya müstəsna texniki səhvlər olmadıqda məhsul qiymətləri veb-səhifəmizdə
müəyyən edilir. Veb-səhifəmizdə göstərilən bütün qiymətlərin düzgün olduğundan
əmin olsaq da, müəyyən hallarda səhvlər də ola bilər. Sifariş verdiyiniz
istənilən məhsulun qiymətində müəyyən bir səhv aşkar olunarsa, ən qısa müddətdə
sizə məlumat veriləcək və sifarişinizi düzgün qiymətə uyğun olaraq təsdiqləmək
və ya ləğv etmək imkanı veriləcək. Əgər sizinlə əlaqə saxlaya bilməsək, sifariş
ləğv edilmiş sayılacaqdır və ödədiyiniz məbləğ tam halda geri qaytarılacaqdır.
Qiymətlər
istənilən vaxt xüsusi satış dövrünə (endirim, bayram, mövsümi aktivasiya) uyğun
olaraq dəyişdirilə bilər.
Məhsulları
hətta sifarişin çatdırılması haqda təsdiq məktubu aldıqdan sonra belə yanlış (daha
aşağı) qiymətə satmaq məcburiyyətində deyilik.
Göstərilən
heç bir qiymətə çatdırılma xidməti daxil deyil.
Saytda
alış-veriş etdikdə satın almaq istədiyiniz bütün məhsullar səbətinizə əlavə
olunur. Növbəti addım səbətin yoxlama prosesi və ödənişdir.
Yoxlama prosesi:
1. Səhifənin
yuxarısındakı “Səbət” işarəsinə basın.
2. Açılmış
səhifədə "Sifarişin Rəsmiləşdirilməsi" düyməsini basın.
3. Mövcud
"CHAMELEON" hesabına daxil olmaq istəyirsinizsə “Giriş” düyməsinə
basın. "CHAMELEON" müştəri hesabı yaratmaq üçün "Qeydiyyat"
düyməsini basın. Qeydiyyatsız sifariş vermək üçün “Qonaq qismində alış”
düyməsini basın.
4. Əlaqə
məlumatlarınızı və çatdırılma ünvanını doldurun.
5.
Sifariş məlumatlarını təsdiqləyin, ödəniş metodunu seçin və hesab məlumatlarınızı
daxil edin.
6.
Sifarişinizi təsdiqləməzdən əvvəl “Qayda
və Şərtlər”-i və “Məxfilik Siyasəti”ni yenidən gözdən keçirin və bu “Qayda və Şərtlər” və “Məxfilik
Siyasəti” ilə razı deyilsinizsə, sifarişi təsdiq etməyin.
Saytımızda onlayn alış-veriş zamanı ödənişlərinizi bank kartları
(VİSA/MasterCard) vasitəsi ilə həyata keçirə bilərsiniz. Ödənişlərin təhlükəsizliyini
bizim tərəfdaşlar təmin edir: MilliKart, Kapital Bank.
Sizin rahatlığınızı təmin etmək üçün kuryerlərimiz mobil terminallar
ilə təmin edilib. Hər hansı bir səbəbdən online ödənişdən ehtiyat edirsinizsə,
ödənişi sifariş çatdırıldıqda bank terminalı vasitəsi ilə edə bilərsiniz.
Siz sifariş
çatdırıldığı zaman yerindəcə nağd
ödəniş edə bilrəsiniz. İstənilən halda sizə qaimə təqdim ediləcəkdir.
Saytda göstərilən məhsulların
və çatdırılma xidmətinin qiymətinə ƏDV daxildir.
11. DƏYİŞDİRMƏ
/ GERİ QAYTARMA SİYASƏTİ
Qüsurlu
məhsulların qaytarılması:
Məhsulunuz
çatdırıldıqda onun sifarişinizə uyğun olub olmadığını yoxlayın, əgər məhsul
sizin sifarişinizə uyğun deyilsə, zəhmət olmasa, kuryerin sizə təqdim edəcəyi “GERİ
QAYTARMA ANKETİ”-ni tam doldurulmuş şəkildə geri qaytarılan məhsul ilə birlikdə
bizə göndərin. Sizinlə dərhal əlaqə qurulacaq və bizdən müəyyən təlimatlar
alacaqsınız.
Hər hansı
bir istehsal qüsuru (parça və rəng zədələnməsi) mövcuddursa, qüsurlu məhsullar,
geri qaytarılma zamanı çəkdiyiniz xərclər daxil olmaqla ödəniş tam həcmdə geri
qaytarılacaqdır. Ödənişin geri qaytarılması sizin istifadə etdiyiniz ilkin
ödəmə metoduna uyğun olaraq yerinə yetiriləcək.
Əgər siz
məhsulun qüsurlu olduğunu istifadə etdikdən sonra aşkar etsəniz, həmin məhsul,
7-ci bənddə əsasən, dəyişdirilmir və ya geri qaytarılmır
12. MƏSULİYYƏT
Rahatlığınızı
tam təmin etmək üçün veb-səhifəmizdə bütün vacib məlumatları yerləşdiririk.
Dəqiq və vaxtında məlumat yerləşdirməyə çalışsaq da, təsadüfi texniki və ya
faktiki uyğunsuzluqların və çap səhvlərinin mövcud olması mümkündür. Səhifəmizdə
istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən düzəlişlər və dəyişikliklər etmək
hüququmuzu saxlayırıq. Veb-səhifədə təsvir olunan məhsullar sizin bölgəniz üçün
mövcud olmaya bilər. Biz veb-səhifədəki məlumatların sizin tabeçiliyinizdə
olduğunu və ya səhifədə təsvir olunan məhsulların satınalma üçün tabeçilik
hüququnun mövcud olacağını iddia etmirik.
"CHAMELEON" ÖZ
MƏHSULLARINA TAM ZƏMANƏT VERİR.
-
Bütün
istehsal prosesi EAC standartlarına tam uyğundur.
-
Bizim məhsullarımız ekoloji cəhətdən təmiz, tamamilə təbii
pambıqdan, heç bir kimyəvi və zərərli məhsul qatqısı olmadan hazırlanır. Buna
görə də biz məhsullarımızın sizin sağlamlığınıza və avadanlıqlarınıza zərəri
olmayacağına tam təminat veririk.
13. İNTELLEKTUAL MÜLKİYYƏT
Mətn, məlumat, divar kağızı,
nişanlar, simvollar, şəkillər, fotoşəkillər, qrafika, musiqi, səs, mesajlar,
proqram təminatı və kollektiv materiallar yaratmaq üçün istifadə olunan HTML
kimi bütün məlumatlar və məzmun da daxil olmaqla veb-səhifə “CREO” MMC-nin
mülkiyyətidir.
İstifadə qaydaları: Siz "CHAMELEON"-dan
yazılı icazə almadan veb-səhifədən hər hansı bir materialı tam olaraq və ya
qismən, ümumi və ya kommersiya məqsədləri üçün istifadə edə, yükləyə,
kopyalaya, çap edə, göstərə, yerinə yetirə, nəşr edə, dəyişdirə, silə, əlavə
edə, lisenziyalaşdıra, ötürə və ya yaya bilməzsiniz. Biz sizə veb-səhifəyə daxil
olmaq və səhifədəki məlumat və xidmətlərdən istifadə etmək üçün fərdi, məhdud,
köçürülməyən bir lisenziya təqdim edirik. Biz veb-səhifəmizdə təsvir olunan
məhsul və xidmətləri sizə bildirmədən hər hansı bir səbəbdən və ya səbəbsiz
şəkildə yenidən nəzərdən keçirmək, habelə səhifənin hər hansı bir funksiyasının
fəaliyyətini tamamilə və ya müvəqqəti dayandırmaq və dəyişdirmək, səhifədəki
materiallar, həmçinin funksiyaları və ya veb-səhifənin istifadə saatlarını
dəyişmək hüququmuzu qoruyub saxlayırıq və bunun üçün sizin və ya hər hansı bir üçüncü
tərəfin qarşısında cavabdeh olmayacağıq.
24-cü bəndin müddəalarına uyğun
olaraq, biz veb-səhifənin istifadəsinə dair qaydalar və məhdudiyyətlər tətbiq
edə və sizin səhifənin müəyyən funksiyalarına və ya hamısına girişinizi xəbərdarlıq
edilmədən və cəza tətbiq etmədən məhdudlaşdıra bilərik. Bu qaydaları və
məhdudiyyətləri istənilən vaxt öz istəyimizə uyğun olaraq dəyişdirmək hüququmuz
var.
Saytdakı məlumatlar, bütün sayt
dizaynı, mətn, qrafika, interfeys, habelə seçim və müqavilələr, müəllif
hüquqları qanunu daxil olmaqla, lakin bununla kifayətlənməyərək, qanunla
qorunur. Bu veb-səhifədən istifadə etməyinizə və ya hər hansı bir sifarişin
kopyalanmasına mane olmur.
14. MÜƏLLİF HÜQUQU VƏ / VƏ YA TİCARƏT
MARKASI HÜQUQUNUN POZULMASI
"CHAMELEON" markasının müəllif hüquqları,
ticarət nişanı və intellektual mülkiyyət hüququ "CREO" MMC-yə
məxsusdur.
15. ƏLAQƏ VASİTƏSİ
Veb-səhifəmizdən istifadə edərək,
bizimlə ünsiyyətin əsasən elektron formada olacağına razılaşırsınız. Biz e-poçt,
telefon zəngi, və ya WhatsApp tətbiqi vasitəsilə sizə məlumat verəcəyik.
Müqavilə məqsədləri üçün bu elektron
əlaqə vasitəsindən istifadə etməyə razılığınızı bildirirsiniz və elektron
şəkildə sizə təqdim etdiyimiz bütün müqavilələrin, bildirişlərin, məlumatların
və digər məktubların yazılı şəkildə bu cür əlaqə vasitəsilə təqdim olunmasının bütün
qanuni tələblərə cavab verdiyini qəbul edirsiniz.
16. QEYDİYYAT, GİRİŞ ŞİFRƏSİ VƏ
TƏHLÜKƏSİZLİK
Müştərimiz olmaq üçün onlayn
qeydiyyat anketini doldurmalısınız. Bu anketi dolduruğunuz zaman verdiyiniz
bütün məlumatların ("Qeydiyyat məlumatı") doğru və dolğun olduğunu
təsdiq edirsiniz.
Qeydiyyatdan sonra şifrə yaratmalısınız.
Veb-səhifədəki şifrə ilə əlaqədar istənilən istifadəyə görə şəxsən məsuliyyət
daşıyırsınız. Şifrəniz yalnız potensial və tamamlanmış əməliyyatlar haqqında
məlumatları görmək, məhsulların sifariş olunması və ya ləğv edilməsi, arzu
siyahısında dəyişikliklər etmək, məzmun dərc etmək və göstərilmiş şərtlərə
uyğun olaraq veb-səhifədə təqdim olunan xidmətlərdən yararlanmaq üçün istifadə
edilə bilər. Şifrənizin məxfiliyinin və təhlükəsizliyinin məsuliyyətini yalnız
siz daşıyırsınız və bunu bununla şifrənizi üçüncü şəxslərlə (hesabınızı
istifadə etməyiniz üçün icazə verilən üçüncü şəxslərdən başqa) paylaşmamağa
razılıq verirsiniz. Hesabınız vasitəsilə həyata keçirilən bütün əməliyyatlar üçün
siz tam məsuliyyət daşıdığınızı qəbul edirsiniz.
17. BİLDİRİŞLƏR
Bizə göndərdiyiniz bütün
bildirişlər, veb-səhifəmizdə mövcud olan "ƏLAQƏLƏR" bölməsində
göstərilən əlaqə üsulları vasitəsi ilə həyata keçirilməlidir. 17-ci bənddən
yuxarıda göstərilən bütün qaydalara əsasən, sifariş verərkən bizə göstərdiyiniz
ünvana e-poçt və ya WhatsApp tətbiqi vasitəsilə bildirişi göndərə bilərik.
Bildiriş, e-poçt vasitəsilə göndərildikdən 24 saat, uyğun
olaraq veb-səhifəmizdə sifarişinizin təsvir olunduqdan sonra qəbul olunmuş hesab ediləcək. Hər
hansı bildirişin göndərildiyini təsdiq etmək üçün elektron poçt ünvanının
düzgün göstərilərək göndərildiyini və ya WhatsApp tətbiqinə bağlı mobil
nömrənin düzgün qeyd olunduğunu sübut etmək kifayət edəcəkdir.
18. “QAYDALAR VƏ ŞƏRTLƏR”-İN VƏ
GİZLİLİK SİYASƏTİNİN İSTİFADƏSİ
Bu “Qayda və Şərtlər” və “Məxfilik Siyasəti” həm sizin, həm də bizim
üçün icbaridir. Siz bizim əvvəlcədən yazılı razılığımız olmadan bu “Qayda və Şərtlər”-i, “Məxfilik
Siyasəti”-ni və ya ondan yaranan hüquq və öhdəliklərinizi ötürə, təyin edə və
ya başqa bir şəkildə istifadə edə bilməzsiniz. Biz istənilən vaxt bu “Qayda və Şərtlər”-i, “Məxfilik
Siyasəti”-ni, habelə onlardan yaranan hüquq və öhdəliklərimizi ötürə, təhvil
verə, subpodrat müqavilə bağlaya və ya başqa şəkildə istifadə edə bilərik.
19. BİZDƏN ASILI OLMAYAN HADİSƏLƏR
Bizdən asılı olmayan səbəblər
("fors-major") nəticəsində verdiyiniz sifarişlə bağlı hər hansı bir
öhdəliyimizin yerinə yetirilməməsi və ya gecikməsinə görə məsuliyyət
daşımayacağıq.
“Fors-major” hallara bizim
nəzarətimizdə olmayan istənilən hadisə və ya qəza aid ola bilər, xüsusilə də
aşağıda qeyd olunan hallar:
1. Etiraz tətilləri, aksiyaları və s.;
2. Mülki etirazlar, iğtişaşlar,
işğallar, terror aktları və ya terror hücumu, müharibə (elan edilmiş və ya elan
olunmamış), müharibə təhdidi və ya hazırlığı;
3. Yanğın, partlayış, fırtına,
daşqın, zəlzələ, uçqun, epidemiya və ya digər təbii fəlakət;
4. Dəmir yollarından, təyyarələrdən,
avtonəqliyyat vasitələrindən və ya digər ictimai və ya xüsusi nəqliyyat
vasitələrindən istifadə edilməsinin mümkünsüzlüyü;
5. Ümumi və ya özəl
telekommunikasiya şəbəkələrindən istifadə edilmənin mümkünsüzlüyü;
6. Azərbaycan Respublikasının
hökuməti tərəfindən qəbul edilmiş aktlar, fərmanlar, qanunlar, qaydalar və ya
məhdudiyyətlər.
Sizin istənilən sifarişiniz göstərilən
“fors-major” vəziyyətlərin aktual olduğu müddətdə təxirə salınmış sayılacaq və
sifarişin yerinə yetirilmə müddəti uzanacaq. Bu tip “fors-major” vəziyyətlərə baxmayaraq
biz öhdəliklərimizi tam yerinə yetirilə biləcəyimiz həll yolu tapmaq üçün
əlimizdən gələni edəcəyik.
20. İMTİNA
“CHAMELEON”-un bu “Qayda və Şərtlər” daxilində
hər hansı bir hüququ və ya müdafiə vasitəsini tətbiq edə bilməməsi bu hüquq və
müdafiə vasitələrindən imtina etməsi demək deyil. Hər hansı bir öhdəlikdən imtina
digər öhdəliklərdən imtina demək deyil. Yuxarıdakı "Bildiriş"
bəndinin (17-ci bənd) müddəalarına uyğun olaraq bu “Qayda və Şərtlər” ilə bağlı
heç bir imtina açıq şəkildə qeyd olunduqdan və sizə yazılı şəkildə
bildirildikdən öncə qüvvəyə minmir.
21. AYIRICILIQ
Sifarişin
vəziyyəti və ya “Qayda və Şərtlər”-dən hər hansı biri səlahiyyətli orqan
tərəfindən etibarsız, qeyri-qanuni olduğu və ya hər hansı bir şəkildə icra
edilə bilməyəcəyi müəyyən edilərsə, o zaman bu “Qayda və Şərtlər” və ya vəziyyət qanunla icazə verilən öz
fəaliyyətinə davam edən digər “Qayda və Şərtlər”-dən və ya vəziyyətlərdən
ayrılır.
22. TAM
RAZILIQ
Bu “Qayda və Şərtlər”, orda açıq şəkildə
göstərilən sənədlər də daxil olmaqla, bu “Qayda və Şərtlər”in mövzusuna dair
sizinlə bizim aramızdakı razılaşmanı tam olaraq təşkil edir və şifahi və ya
yazılı olmağından asılı olmayaraq sizinlə bizim aramızdakı əvvəlcədən bağlanmış
razılaşmaları və müqavilələri əvəz edir. Həm siz, həm də biz qəbul edirik ki,
bu “Qayda və Şərtlər”-i nə siz, nə də biz hər hansı bir üçüncü tərəfin nümayəndəliyinə,
öhdəliyinə, sözünə və ya sizinlə bizim aramızdakı danışıqlar zamanı söylənən və
ya yazılan (bu “Qayda və Şərtlər”-də yazılan müddəalar xaric) hər hansı bir
şeyə güvənərək qəbul etməmişik.
23. BU “QAYDA
VƏ ŞƏRTLƏR”-İ DƏYİŞDİRMƏ HÜQUQLARIMIZ
İstənilən
vaxt bu “Qayda və Şərtlər”-i yenidən nəzərdən keçirmək və dəyişdirmək hüququmuz
var. Bu “Qayda və Şərtlər”-ə dəyişikliklər edildikdən sonra veb-səhifədən istifadə
etməyiniz, bu dəyişikliklərin qüvvəyə mindiyi andan onları qəbul etdiyinizi
bildirir. Sizin üçün “CHAMELEON” “Qayda
və Şərtlər”-i bizdən məhsul sifariş etdiyiniz andan etibarən qüvvəyə
minir.
24.
SUALLAR VƏ ƏLAQƏ
Suallarınızı,
şərhlərinizi və rəylərinizi bizimlə paylaşa bilərsiniz. Xahiş edirik, “ƏLAQƏ” bölməmizdə
göstərilən əlaqə məlumatları vasitəsilə bizə bütün suallarınızı, şərhlərinzi və
rəylərinizi göndərin.